Azərbaycanda baş məşqçinin adından SAXTAKARLIQ ETDİLƏR - FOTO

27 Fevral 2023 23:40 Qəbələ 795
Azərbaycanda baş məşqçinin adından SAXTAKARLIQ ETDİLƏR - FOTO

"Qəbələ" Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib.

"Qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin matçdan sonra instaqram hesabında paylaşımı ciddi rezonans doğurdu.

43 yaşlı mütəxəssis hakim idarəçiliyindən narazılığını bildirib. Baxşıyev "bıabırçı hakim səhvləri davam edir" yazısını paylaşıb.

Əyalət klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev redjaksiyamızla əlaqə saxlayaraq, həmin səhifənin baş məşqçilərinə aid olmadığını deyib.

Onun sözlərinə görə, Baxşıyevin adından açılan profil saxtadır. Press-ateşe artıq həmin statusun oradan silindiyini də diqqətə çatdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA