“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərli komandasının “Səbail”lə oyunu öncəsi rəqib düşərgəyə mesaj göndərib.
Bölgə təmsilçisinin “uğur çubuğu” “instagram” hesabında paylaşım etməklə diqqət çəkib.
Ülvi cari mövsümün 8-ci turundakı “Səbail”lə “Qəbələ” arasında “ASCO Arena”da baş tutan oyunu yada salıb.
O, həmin qarşılaşmanın 90-cı dəqiqəsində hesab 1:1 olarkən komandasının qələbə topunu vurmuşdu ki, məhz həmin baxımlı qolu izləyicilərinə təqdim edib.
Bununla da Bayıl təmsilçisinə “mən də varam”, ya da “özünüzü gözləyin” mesjını göndərib.
Fevralın 24-də “Səbail”lə “Qəbələ” arasında “ASCO Arena”da baş tutacaq oyun saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

