"Qəbələ"də dərd az idi, biri də bu yandan çıxdı

24 Fevral 2023 13:20 Qəbələ 671
"Qəbələ"də dərd az idi, biri də bu yandan çıxdı

“Qəbələ”nin üç futbolçusu Misli Premyer Liqasının XXIV turunun “Səbail”lə oyununda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, zədəsini sağaldan Ramon Maçado artıq komandanın hazırlıq prosesinə qoşulub.

Qapıçı Kristof Atanqana isə fərdi məşqlərlə kifayətlənir. Yarımmüdafiəçi Omar Hani isə məşqdə zədələnib və sabah keçiriləcək görüşdə iştirak edə bilməyəcək.

Müdafiəçi Rüfət Əhmədov bərpa prosesini davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!