Azərbaycanda braziliyalı legionerə olan XÜSUSİ SEVGİ - VİDEO

27 Fevral 2023 23:20 Qəbələ 377
Azərbaycanda braziliyalı legionerə olan XÜSUSİ SEVGİ - VİDEO

Yayda "Keşlə"ni (indiki "Şamaxı") "Qəbələ"yə dəyişən Pelipe Santos ilk vaxtlar heç də özünə bənzəmirdi.

Amma yavaş-yavaş adaptasiya prosesin arxada qoyan braziliyalı bölgə klubunun önəmli fiqurlarından birinə çevrilməyi bacardı.

O, "qırmızı qara" formada meydana çıxdığı 27 qarşılaşmada 4 qol və 10 asistlə yadda qalıb.

İndi yerli publikanın ona sevgisi də xüsusidir.

Buna "Sumqayıt"la qarşılaşmanı işıqlandırmaq üçün yollandığım Qəbələ səfərində şahid oldum.

Belə ki, qarşılaşmadan sonra digər futbolçular asanlıqla klubun avtobusuna əyləşə bildisə, Felipe böyük çətinlik yaşadı.

Buna yerli publikanın sevgisi əngəl yaratdı.

Önünü kəsən azarkeşlərdən onunla foto çəkdirəni də oldu, fotoqraf alanı da, formasını istəyəni də.

Maraqlı anlara səhnə olan həmin görüntüləri sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti