"Qəbələ"nin əcnəbi oyunçusu xarici mediaya deyir ki…

5 Fevral 2023 13:40 Qəbələ 901
"Qəbələ"nin əcnəbi oyunçusu xarici mediaya deyir ki…

"Qəbələ"nin braziliyalı legioneri Felipe Santos Azərbaycan Premyer Liqasındakı çıxışı, eləcə də builki hədəfləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, “Esporte News Mundo”ya danışan hücumçu yenidən avrokuboklarda oynamaq istədiiyni bildirib:

"Ölkədə ikinci mövsümümdə Azərbaycan dili və mədəniyyəti ilə bağlı biliklərim artıq daha yüksək səviyyədədir və bu, komanda işində mənə kömək edir.

Bu mövsüm indiyədək on məhsuldar ötürmə etmişəm, amma ümid edirəm ki, növbəti oyunlarda komandaya daha çox töhfə verəcəm.

Bu mövsüm, təəssüf ki, Konfrans Liqasının təsnifat mərhələsində yaxşı çıxış edə bilmədik.

Bununla belə, biz yeni mövsümdə yenidən avrokuboklarda oynamaq və bu dəfə daha da irəli getmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti