"Qəbələ"nin hücumçusu üçün 100…

5 Fevral 2023 02:00 Qəbələ 511
"Qəbələ"nin hücumçusu üçün 100…

Azərbaycan Premyer Liqasının XX turu “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Onun yubileyi “Sabah”la ev görüşümə (0:3) təsadüf edib. Start heyətində meydana çıxan forvard indiyədək Premyer Liqada 17 qola imza atıb.

“Qəbələ”nin yetirməsi olan Ülvi iki klubun heyətində çıxış edib. “Qəbələ”də 82 matçda meydana çıxan hücumçu 14 qola imza atıb. “Sumqayıt”da 18 oyun keçirən İsgəndərov 3 dəfə fərqlənib.

Futbolçunun Premyer Liqada debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2018-ci il fevralın 10-da “Sumqayıt”ın heyətində “Zirə”yə qarşı matçda (1:1) meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?