“Zirə” – “Qəbələ” arasında nə var, nə yox?

5 Fevral 2023 00:50 Qəbələ 309
“Zirə” – “Qəbələ” arasında nə var, nə yox?

“Qəbələ” Premyer Liqanın 21-ci turunda “Zirə” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, oyun Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq.

Bu, iki komanda arasında 32-ci duel olacaq. İndiyədək rəqiblər 31 dəfə görüşüb. 12 qələbə qazanan “Qəbələ” 13 heç-heçə edib və 6 dəfə məğlub olub.

Rəqib qapısına 41 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb. “Qəbələ”nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Son görüşdə qələbə qoluna imza atan Ülvi İsgəndərovun hesabında üç top var.

İndiyədək keçirilən 31 görüşdən 29-u çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 10 dəfə qalib gələn “Qəbələ” 13 matçdan 1 xalla ayrılıb.

Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 34 qol vuran “qırmızı-qaralar” 24 top buraxıb.

17-ci dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 16 matç keçirib.

“Qəbələ” rəqib meydanındakı matçlarda 6 dəfə qələbə qazanıb, 5 heç-heçə edib və 5 dəfə məğlubiyyət alıb. “Qırmızı-qaralar” bu görüşlərdə 21 qol vurub və 16-nı buraxıb.

Fevralın 5-də Zirə İdman Kompleksinin stadionumda keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti