Özündən velosiped ixtira etməyə hazırlaşan baş məşqçi

2 Fevral 2023 10:40 Qəbələ 736
Özündən velosiped ixtira etməyə hazırlaşan baş məşqçi

«Qəbələ»n keçənilki uğuru təkrarlanmayacaq.

Artıq «Qəbələ» ilə ilk üç pillədəkilər arasında böyük uçurum, ciddi xal fərqi yaranıb. Elmar Baxşıyevin komandası hələ dördüncü pilləyə qalxsın, sonrasına baxarıq.

Bu gedişlə beşinci sıranı əldə saxlamaları da müşkülə dönəcək.

İki ya əvvəl təklifimi vermişdim - «Qəbələ»lilər yol ayrıcındadır və təcili seçim etməlidirlər. Demişdim: ya Premyer Liqanın arxasınca düşəcəklər, ya da kubokda nəyəsə nail olmalıdırlar.

Baxşıyevin heyəti qısırlıdır. Rəhbərlik baş məşqçiyə münasibətdə insaflı davranmır. Üç-dörd yeni futbolçu almaları gərəkirkən, bir legionerlə başını qatırlar.

Hələ bilinmir ki, o əcnəbi nə vaxt gələcək, necə gələcək, adaptasiya prosesini nə zaman keçəcək.

Bu kimi suallar çoxdur. Baxşıyevin kadr çatışmazlığı iəl yanaşı, nizam-intizam problemi var və onu heç cür aradan qaldıra, düzəldə bilmir.

«Qəbələ» sarı və qırmızı vərəqələrin sayında yeni rekord qırmağa gedir və bu, komandanın gerçək iç-üzünü göstərir.

Elədir, Vüqar Həsənli dünənki oyunda «Qəbələ»yə antapatiyasını gizlətmədi, Ruan Renatoya ilk «sarı»nı heç nədən göstərdi.

Həmçinin Asif Məmmədovun ayağını tapdalayan «Sabah»ın futbolçusunu bağışladı.

Braziliyalı müdafiəçinin önündə «qrımızı»nı görüncə, referinin üzərinə yeriməsi, aranın qarışması «Qəbələ»nin passivinə yazılmalıdır.

Dəfələrlə yazmışıq ki, Renato atamanlıq edir, özünü «bezpridel» aparır, bunun qarşısında bir dayanan lazımdır.

Gör, neçənci dəfədir komandanı pis vəziyyətdə qoyur, vaxtından əvvəl paltardəyişmə otağına yollanmalı olur.

Təəccüblü odur ki, Baxşıyev onlara cəza kəsmir, hər dəfə intizamsızlığa haqq qazandırır.

Heç şübhəsiz, bunu görən futbolçu özünü yığışdırmayacaq, səhvini anlamayacaq, gələn dəfə daha pis formada idmançıya yaraşmayan hərəkətə yol verəcək. Necə ki, belə də edirlər.

İntizamın olmadığı yerdə nəticələr də sabit olmayacaq. Bunlar sırf bir-birinə bağlı məsələlərdir.

«Qəbələ»nin baş məşqçisi isə özündən «evrika» kəşf etmək istəyir, deyəsən. Belə yanaşma ilə Baxşıyevin yeni velosiped ixtira eləmək xəyalına düşəcəyi günü görəcəyimizə də bir şey qalmayıb.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı