"Araz-Naxçıvan" yenə "Qəbələ" ilə qarşılaşacaq

5 Sentyabr 2023 08:30 Qəbələ 1 283
"Araz-Naxçıvan" yenə "Qəbələ" ilə qarşılaşacaq

Azərbaycan millisinin rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın üzvləri 3 günlük istirahətə buraxılıb.

Sportinfo.az xəbər verir ki, sentyabrın 7-də bir araya gələcək komanda həmin gün Qəbələyə yollanacaq və ayın 11-dək məşqlərini orada davam etdirəcək.

Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək.

Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə, hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA