Premyer Liqa klubunun yeni legionerinin babası azərbaycanlı imiş… Millimizdə oynayacaq?

18 İyul 2023 03:00 Qəbələ 3 684
Premyer Liqa klubunun yeni legionerinin babası azərbaycanlı imiş… Millimizdə oynayacaq?

"Qəbələ"nin bu yay heyətinə qatdığı legionerlərdən biri Gilad Abramov oldu.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, futbolçu Azərbaycan milli komandasına namizədlərdəndir.

Saytımıza daxil olan məlumata görə, Abramovun ölkəmizlə birbaşa bağlılığı var. Belə ki, onun ana tərəfdən babası və nənəsi Azərbaycandandır.

Onlar burada doğulub və uzun illər Azərbaycanda yaşayıblar.

Belədə, bu mövsümkü performansından asılı olaraq, yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə milliləşdirilərək ölkənin bir nömrəli komandasına cəlb olunması müzakirə mövzusuna çevrilə bilər.

Abramovun özü isə İsrailin Hadera şəhərində dünyaya gəlib. İsrailin U-16 və U-17 yığmasının sabiq üzvü “Hapoel Hadera”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM