“Qəbələ”nin son...

18 İyul 2023 01:50 Qəbələ 1 063
“Qəbələ”nin son...

2023/2024-cü illər mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ”nin yoxlama oyunlarındakı sonuncu rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Şimali Makedoniyandan “Qostivar” ilə qarşılaşacaq.

Bu matç iyulun 19-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Qostivar”ın əsası 1998-ci ildə qoyulub. Bu klub eyniadlı şəhəri təmsil edir.

2022-2023-cü illər mövsümündə ikinci dəstədə 2-ci yeri tutan komanda Şimali Makedoniyanın ən güclülərinin mübarizə apardığı birinci liqaya vəsiqə qazanıb.

Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA