COP29

Bu da axırı - Kimə lazım idi o?

13 May 23:40 Qəbələ 6 401
Bu da axırı - Kimə lazım idi o?

«Qəbələ» iki turdur qələbə qazanır.

14 tur dayandılar, «Səbail»i, ardınca «Sabah»ı uddular.

Amma nə olsun, sevinmək vaxtı deyil, gecdir. İndi qazanılan qələbələr toydan sonra nağaradır.

Bunu daldan atılan daşa da bənzətmək olar.

Axır iki tur bir həqiqətə işıq tutdu. Aydın oldu ki, məşqçi amili nə dərəcədə böyük əhəmiyyətə malikdir

. Kaxaber Sxadadze yox, yerli biri iş başında dayansaydı, komanda Premyer Liqanı tərk ələməzdi. Elmar Baxşıyevi demirəm, məşqçi deyirəm.

Necə ki, Adil Şükürov “Kəpəz”də bunu bacardı.

Gürcü çox ağır insandır. Tünd xasiyyəti ilə düşərgədə daim gərgin ab-hava yaradır. Halbuki Baxşıyevdən sonra “Qəbələ”yə psixoloq keyfiyyəti olan, gülərüz məşqçi lazım idi, daha Kaxa kimi dili zəqqum biri deyil.

Klub rəhbərliyi bu seçimdə yanıldı. Zaman bütün sualların cavabını çox sadə şəkildə verdi.

Diqqət yetirirsiz, “Qəbələ” iki həftədir mükəmmələ yaxın futbol nümayiş etdirir. İş-işdən keçməmiş belə oynamaq olmazdı ki?

Əlbəttə, olardı. Bunun üçün orada bircə Kaxanın olmaması yetərdi. Gəldi, gələn kimi də ağırlıq çökdürdü komandanın üzərinə, narahatlığını daha çox əlindən aldı. Bu da axırı...

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"