Şuaybi və Mendi "Qəbələ"yə qələbə qazandırdı

10 Avqust 2024 01:10 Qəbələ 1 839
Şuaybi və Mendi "Qəbələ"yə qələbə qazandırdı

Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci matçına çıxıb.

Kaxaber Tsxadadzenin yetirmələri “Zaqatala” ilə görüşüb. Qəbələ şəhər stadionunda baş tutan görüşdə hesab ilk yarıda açılıb. Abdullahi Şaybu “Qəbələ”nin ilk qolunun müəllifi olub.

“Qırmızı-qaralar” ikinci hissədə daha bir dəfə fərqlənib. Bu dəfə Laurent Mendi rəqib qapısına yol tapıb. Beləliklə, "Qəbələ" yoxlama oyununda 2:0 hesablı qələbə qazanıb.

“Qəbələ” ilk yoxlama oyununda Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM