"Qəbələ" ilk dəfə keçirilən Azərbaycan birinciliyinin qalibi oldu

17 İyul 2021 01:52 Qəbələ 592
"Qəbələ" ilk dəfə keçirilən Azərbaycan birinciliyinin qalibi oldu

“Qəbələ”nin yeniyetmələrdən ibarət komandası reqbi-7 üzrə Azərbaycan birinciliyinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, ilk dəfə təşkil olunan yeniyetmələr arasında birincilik Şəmkirdə baş tutub.

Üç gün davam edən yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Reqbi Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

“Qəbələ” Şəmkir Olimpiya İdman Kompleksində baş tutan yarışda mübarizə aparan 8 komanda arasında ən yaxşı olub, Bakı, Gəncə, Sumqayıt, Şəki, Naftalan, Şəmkir və Gədəbəy komandalarını üstələyib.

Olimpiya növü olan reqbi-7 üzrə yeniyetmələr arasında yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!