“Sent-Etyen”in istədiyi hücumçu Azərbaycanda saxlanmadı

20 Sentyabr 2024 13:00 Qəbələ 3 160
“Sent-Etyen”in istədiyi hücumçu Azərbaycanda saxlanmadı

“Qəbələ“ baxışa çağırdığı El Bekaye Diakite haqda qərar verib.

Kaxaber Sxadadze bir müddətdir yoxlanışda olan seneqallı hücumçunu bəyənməyib.

Baş məşqçi 24 yaşlı forvardı forma yığa bilmədiyinə görə kənarda saxlayıb.

Diakite bu ölkənin çempionatında çox tanınan biridir. 2020-ci ildə “Qudyavay”da oynayarkən bir neçə Avropa klubu ona təklif göndərib.

Bu siyahıya Fransanın məşhur komandalarından “Sent-Etyen” də daxil olub. Lakin COVİD-19 pandemiyasına görə onun “köhnə dünya”ya keçidi həmin vaxt gerçəkləşməyib.

“Qəbələ” onunla yanaşı, daha iki əcnəbini geri göndərib. Gürcüstanlı çalışdırıcı Afrikadan gələn yarımmüdafiəçi və hücumçunu sərəncamında görmək istəməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar