COP29

Fransızla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi - FOTO

16 İyun 09:25 Qəbələ 1 895
Fransızla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi - FOTO

Yeni mövsümdən 1-ci liqada çıxış edəcək “Qəbələ” Bilel Auaşeriya ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin yayından komandada çıxış edən fransalı legioner “qırmızı-qara” formada 42 matçda 6 qol vurub.

Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti