Bu biabırçı mənzərənin günahkarı kimdir - Klub rəhbərliyi, yoxsa..?

14 Avqust 2023 11:20 Qəbələ 1 518
Bu biabırçı mənzərənin günahkarı kimdir - Klub rəhbərliyi, yoxsa..?

Bu yay ən böyük «qan» itirən komanda «Qəbələ» oldu.

Aparıcı legionerlərin çoxu düşərgə dəyişdi.

Güc onlarda idi, amma klubun rəhbərliyi daha yaxşı maliyyə şərtləri təklif etmədiyindən, müqaviləsi bitənlər daha bir müddət burada qalmaq istəmədi.

«Qəbələ» idarəçilərinin xəsisliyinin acısını indidən çəkməyə başlayıb. «Gilan Holdinq» kimi təsisçin və sponsorun olsun, yenə pulsuzluqdan şikayətlən.

Bişmiş toyuğun da gülməyi gələr bu tip açıqlamalara. Görürsüz, daha bunlara çox az adam inanır.

İmkansızlıqdan yerli-yersiz o qədər şikayətləniblər, lap vəziyyət həqiqətən acınacaqlı hal alsa belə, «Qəbələ»nin halına acıyanlar bir əlin barmaqlarının sayı qədər azlıq təşkil edəcək.

«Qəbələ» Konfrans Liqasında «aşsüzən»likdən başqa heç nəylə yaddap qalmadı. «Omoniya» iki oyuna 7 qol vurdu, onun da 5-i bir nəfərin - Roman Bezusun payına düşdü.

Premyer Liqada yeni mövsümə də çox pis start veriblər. «Sabah» və «Araz-Naxçıvan»dan üst-üstə 7 qol buraxıblar.

İki 90 dəqiqəyə bir qol nədir, təhlükəli epizod belə, yarada bilməyiblər. Artıq Elmar Baxşıyev da dilə gəlib, etiraflar edir.

Bu cür bərbad başlanğıcı heç cür təsəvvür eləyə bilmədiklərini söyləyir. Eyni zamanda, «Qəbələ»nin onun başçılığı altında hələ belə aciz təsir bağışlamadığını deyir.

Günah özünüzdə görməyin, bəy! Burada ən az təqsir sizdədir. Nədir o təqsir, qoy, deyək də.

Nahaq klub rəhbərliyinin vədlərinə inandı, yeni müqavilə imzalamağa razılıq verdi. Gərək sonadək iki ayağınızı bir başmağa dirəyib, komandaya normal şəraitin yaradılmasını, transfer büdcəsinin artırılmasını istəyərdi.

Elməli olduğunuz əsas iş elə bu idi, təəssüf ki, çox tez yumşaldız.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA