“Əlavə çətinliklər yarandığından, Azərbaycandan kənara çıxa bilmədik”

09:40 Qəbələ 968
“Əlavə çətinliklər yarandığından, Azərbaycandan kənara çıxa bilmədik”

”Altı həftəyə hesablanmış periodda altı-yeddi sınaq matçı keçirməyi arzulayırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Bir ildən sonra Premyer Liqaya qayıdan “qırmızı-qaralar”ın yay hazırlıq planı bəlli olub.

Komanda iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək.

Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı barədə məlumat veriləcək.

Gürcüstanlı mütəxəssis yay hazırlıq planı ilə bağlı dəftərçəsindəki qeydlərdən danışıb:

“İlk iki həftə Qəbələdə hazırlaşacağıq. Bu, 100 faiz dəqiqləşib.

Daha sonra 15-16 günlük ölkə xaricinə yollanmağı düşünürdük. Hansı ki, orada keyfiyyətli rəqiblərlə yoldaşlıq görüşləri keçirməyimiz mümkün olacaqdı.

Uyğun yer tapmaq, viza məsələlərini həll etmək - bunlar əlavə çətinliklər yaratdığından, Azərbaycandan kənara çıxa bilmədik“.

Digər Xəbərlər
Xəbər Lenti