"Ruslan Abışovu "Rubin"ə aparanda görmüşəm ki..."

21 Yanvar 2022 22:20 Qarabağ 1 094
"Ruslan Abışovu "Rubin"ə aparanda görmüşəm ki..."

İllər əvvəl klublarımızın yoxlanışa futbolçu dəvət etməsi dəb halını almışdı.

Bəzən baxışdan keçmək üçün 10-na yaxın əcnəbi eyni anda bir klubumuzda peyda olurdu.

Amma sonralar bu metod tədricən qüvvədən duşdu. Bunda internet resuslarının imkanlarının istənilən futbolçunu yaxından tanımağa yetərli olması böyük rol oynadı.

Amma hazırkı qış transfer pəncərəsində oxşar metodun cücərtiləri hiss olunmaqdadır. Belə ki, İrandan, Braziliyadan olan futbolçular "Keşlə", "Neftçi" və "Sumqayıt"ın düşərgəsində baxışa çağrılıblar.

Nə baş verir? Olmaya, yenidən köhnə metoda qayıtmağın ənənəsi qoyulur? Səbəb pulsuzluqdu, yoxsa qeyri-peşəkarlıq?

Suallarımıza cavab tapmaq üçün əlaqə saxladığımız FİFA meneceri Erkin İbrahimov Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Çətindi dəqiq nəsə bir söz demək. Hər bir klubun ayrı siyasəti var. Elə klublar var ki, bu metoddan istifadə eləmir. Məsələn, "Zirə"də görməmişəm, eşitməmişəm ki, kimsə baxışa gəlsin.

Bəzən istisna hallarda böyük klublar belə futbolçulara baxışa gəlməyi təklif edir.

Məsələn, Ruslan Abışovu "Rubin"ə aparanda görmüşəm ki, baxışa gələn futbolçular var. Belə də olur.

O demək deyil ki, bunu edən klub düzgün idarə olunmur. Əlbəttə, daha yaxşı olardı ki, futbolçunu baxışa gəlmədən transfer etsinlər.

Ancaq baxış olmadan Kane kimisi də komandaya gələ bilməz. Heç kim riski edib, "sv"si olmayan gənci birbaşa komandasına gətirməz.

Bunda hardasa maddi səbəblər də rol oynaya bilər. Amma görürük ki, imkanlı klublar da buna gedir.

Hətta son 6-7 ilə kimi "Qarabağ"a da yoxlanışa futbolçular gəlirdi. Yəni o qədər də faciəvi bir şey deyil. Ancaq son illər həmin "Qarabağ"da bu yoxdur.

Klub daha da böyüdükcə, həmin praktikadan istifadə eləmir. Ancaq böyük ölçüdə mənə görə qinanmalı məsələ də deyil".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!