![“Neftçi” yeni mövsümə hansı baş məşqçi ilə start verəcək?](https://www.sportinfo.az/media/2024/04/20/438754932_966778112115336_8139750723112758043_n.jpg)
"Neftçi"nin idman direktoru Yens Andersson komandanın baş məşqçisi Miodraq Bojoviç haqda danışıb.
Sportinfo.az xəbər verir ki, isveçli futbol mütəxəssisi Bojoviçin yeni yeni mövsüm üçün komandada qalıb-qalmamasının onun fikrindən asılı olacağını söyləyib.
O həmçinin bildirilib ki, Bojoviç "Neftçi"yə gətirilərkən də onun fikri öyrənilib:
"Bəli, fikrim öyrənilmişdi. Hər həftə qiymətləndirmə aparıram.
Pis təcrübə var ki, qərar o zaman verilir ki, artıq qərar verilməlidir. Biz isə işimizi öncədən görürük, qiymətləndirmə aparırıq.
Hazırda mövsümün sonuna 6 tur qalıb. Bunun nəticəsində baş məşqçinin işini qiymətləndirəcəyik".