XƏBƏRİNİZ OLSUN! Samir Abasov bu futbolçuların birini də “Neftçi”də saxlamayacaq!

15 Aprel 16:00 Neftçi 4 465
XƏBƏRİNİZ OLSUN! Samir Abasov bu futbolçuların birini də “Neftçi”də saxlamayacaq!

Samir Abasovun danışmağa sözü yox idi.

Matı-qutu qurumuşdu.

Donmuşdu.

Dil-dodağı söz tutmurdu.

Nə deyəcəyini bilirdi, deyə bilmirdi.

Gözləyir. Hələ bir az da gözləyəcək

Bir neçə gün. Və ola bilsin, bir neçə həftə. Uzağı, mayın axırınadək.

Pah… Ondan sonra vur-çatlasın qopacaq! Daha kimlərin «baş»ı getməyəcək, bir bilsəz!

«Qara siyahı»nın nə başı var, nə ayağı. Adlarla doludur bu siyahı.

Samir Abasov qalası olsa, bu futbolçuların 80-90 faizi qalmayacaq. Tək-tək yollamayacaq, qatarla yollayacaq.

Bütün bunlar «Zirə» ilə oyundan sonra əmin olduğum qənaətdir.

Oyunun əvvəlində iki qol vuran, fasiləyə üstün yollanan, ikinci hissədə acı məğlubiyyət alan «Neftçi»dən birinci hansı oyunçu partiyası yola salınmalıdır?

Mənə sual etməyin, Azər Salahlı ilə Yuri Matiasın adını ilk sırada çəkəcəm.

Səlahiyyətim olsa, onları komandada yox, klubda saxlayaram. Elə-belə, top daşımaq üçün.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”