“Neftçi”ni qıcıqlandırdıq” – “Bakcell Arena”nı susduran kapitan

5 Avqust 2022 20:40 Neftçi 844
“Neftçi”ni qıcıqlandırdıq” – “Bakcell Arena”nı susduran kapitan

“İstəyimizə çata bilərdik.

Oyunumuzla “Neftçi”ni qıcıqlandırdıq, buna görə də müdafiədə səhvlərə yol verirdilər”.

Bu sözləri Avstriya mətbuatına açıqlamasında “Neftçi”ylə oyundan sonra “Rapid”in təcrübəli futbolçusu, həm də kapitanı Qvido Burqştaller deyib.

Təmsilçimizin qapısından son saniyələrdə vurduğu qolla diqqət mərkəzinə düşən 33 yaşlı forvard nəticədən məmnunluğunu gizlətməyərək mərhələni məhz “Rapid”in adlayacağına inandığını söyləyib:

“Oyunumuz istədiyimiz kimi alınmadı, kobud səhvlərə yol verdik. Qarşıda cavab görüşü var. İstənilən halda azarkeşlərimizin önündə qələbə qazanmalıyıq. Amma 2 top fərqi ilə.

Bilirəm ki, komandamızın gücü bunun öhdəsindən gəlməyə imkan verir. Diqqətli olmalı, Bakıda olduğu kimi üstünlük qazanmalı və əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq”.

Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında “Neftçi” Bakıda “Rapid”i 2:1 hesabı ilə məğlub edib. Cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!