"Neftçi"nin baş məşqçisi: "Bizdə elə oyunçular var ki, bəlkə…"

17 İyun 2021 14:20 Neftçi 1 379
"Neftçi"nin baş məşqçisi: "Bizdə elə oyunçular var ki, bəlkə…"

"Heyətimizdə elə oyunçular var ki, bəlkə də Gürcüstan futbolu barədə ümumiyyətlə anlayışı yoxdur".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Neftçi"nin baş məşqçisi Samir Abasova məxsusdur.

Dünən Çempionlar Liqasının Çempionlar yolunda II təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycanı ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin mümkün rəqibi də bəlli olub.

I raundda Gürcüstan təmsilçisi “Dinamo” (Tbilisi) ilə qarşılaşacaq “ağ-qaralar” bu mərhələni adlayacağı təqdirdə, səpələnməmişlər sırasında yer alacaq.

Bakı təmsilçisi bu mərhələdən mübarizəyə qoşulacaq “Olimpiakos”la (Yunanıstan) görüşəcək. İlk oyunlar 20-21 iyul, cavab qarşılaşmaları 27-28 iyul tarixlərində keçiriləcək.

“Dinamo” - “Neftçi” cütünün qalibi bu raunda səfərdə başlayacaq. I təsnifat mərhələsinin matçları iyulun 6-7-də və 13-14-də baş tutacaq.

S.Abasovun sözlərinə görə, Çempionlar Liqasında ab-hava tamam başqa cür olur: "Rəqibi analiz edib, onlara çatdırmaq özlüyündə gərgin prosesdir.

İnanıram ki, bunun öhdəsindən gələcəyik. Xoş hal odur ki, tamamilə Çempionlar Liqası matçına köklənmişik. Motivasiyamız yüksəkdir.

Hazırda bizim üçün birinci və ya ikinci rəqib çox da önəmli deyil. Komandada ÇL oyununa çıxmaq əhval-ruhiyyəsi var. Yeganə mənfi hal yaxşı kondisiyada olmamağımızdır.

Bəzi futbolçular düşərgəyə bu gün qoşulublar. Amma vaxtımız var. Ölkə xaricindəki toplanışda yaxşı rəqiblərlə qarşılaşacağıq".

Digər Xəbərlər
Xəbər Lenti