Moldovanlar komandamızı böyük hesabla uddu - Qəbələdə

23 Mart 2025 01:10 Milli komanda 693
Moldovanlar komandamızı böyük hesabla uddu - Qəbələdə

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası ikinci yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq