Azərbaycan millisi üçün 1,1 milyon avro

2 Oktyabr 03:30 Milli komanda 1 307
Azərbaycan millisi üçün 1,1 milyon avro

2022/23 mövsümü Millətlər Liqasının iştirakçılarının gəlirləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, UEFA yarışın əvvəlində liqanın iştirakçısı olan bütün milli komandalara zəmanətli həmrəylik maliyyəsi ayırıb.

Ən yüksək gəlir A Liqasının iştirakçıları üçün nəzərdə tutulub. Bu liqadakı komandalar 2,25 milyon avro qazanc əldə edir. B Liqasının iştirakçıları 1,5 milyon, C Liqasının iştirakçılarına 1,125 milyon avro, D liqasının iştirakçılarına isə 750 min avro vəsait ayrılıb.

Azərbaycan milli komandası C Liqasında yarışdığından 1,125 milyon avronu təmin edib. Liqaların qaliblərinə gəlincə, onlar ikiqat gəlir əldə edəcəklər.

A Liqasının finalçıları üçün əlavə mükafat fondu təsis olunub.

EPSN müqayisə üçün bildirir ki, hələ 2019-cu ildə A liqasında final mərhələsinin iştirakçılarından olan Portuqaliya (yarışın qalibi) ümumən 10,5 milyon, Niderland 9 milyon, İngiltərə 8 milyon, İsveçrə isə 7 milyon avro gəlir əldə edib.

Xəbər Lenti
9 Dekabr 15:30 Mötərizədəki Qarabağ
9 Dekabr 11:40 Abbasovun BAŞI DƏRDDƏ