“Kölgə salmaq lazım deyil, orada işləyən hər kəs əziyyət çəkir”

29 Sentyabr 2022 23:40 Milli komanda 474
“Kölgə salmaq lazım deyil, orada işləyən hər kəs əziyyət çəkir”

“İlk öncə milli komandanın hər bir üzvün təbrik edirəm.

Bu qələbələr bizə lazımdır”.

Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin Slovakiya və Qazaxıstan üzərindəki qələbələrindən danışan Elvin Məmmədov deyib.

Futbol ictimaiyyəti qrup qalibi müəyyənləşəndən sonra əldə olunan qələbələri o qədər də ciddiyə almır.

Ki, yekunda bu xalların hər hansı əhəmiyyəti olmadı.Amma yığma komandanın sabiq üzvü bu yanaşma ilə razı olmadığını bildirib:

“Hər bir qələbə gözəldir. Qələbəyə kölgə salmaq lazım deyil. Bunda hər bir şəxsin əziyyəti var.

Bunu dəyərləndirmək lazımdır. Bundan sonrakı oyunlarda da uğurlar arzu edirəm.

Ümumiyyətlə, bizdə qəribə tendensiya var - uduzursan vay, udursan bəhanələr gətirilir ki, bu qələbələr bizə lazım deyildi.

Hə, yazılanların haqqlı tərəfləri də var. Hər kəsin fikirlərinə də hörmətlə yanaşıram, amma qələbə qələbədir.

Uşaqlar əziyyət çəkiblər. Baş məşqçi daxil, orada işləyən hər kəs əziyyət çəkir. Ona görə kölgə salmaq lazım deyil.

Özünə azərbaycanlı deyən hər kəs qələbəmizə sevinməlidir. Növbəti oyunlarda da milliyə uğurlar və daha çox qələbələr arzu edirəm”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”