Onu bağışlamaq olarmı?

12 May 2022 09:40 Milli komanda 782
Onu bağışlamaq olarmı?

Azərbaycan millisi üçün milliləşdirilən sonuncu futbolçulardan biri də Əli Qurbanidir.

O, 2020-ci ilin oktyabrı Monteneqro millisi ilə matçda yığmamızda debut edib.

Nə o matçda, nə də sonrakı iştirakı etdiyi 7 milli matçında Qurbani fərqlənməyi bacarmadı.

Milliləşdirildiyi dönəm klubunda qolları sıralayırdı, amma sonra klubda da susqunlu hiss olunmağa başladı.

Bu mövsümkü çıxışı isə faktiki fiaskodur. Belə ki, startda - ikinci turda "Sabah"la matçda bir qol vuran 30 yaşlı oyunçu bir də 26-cı tur "Şamaxı" ilə matçda fərqlənə bildi. 24 Premyer Liqa və 2 ölkə kuboku görüşündə fərqlənə bilməyən forvard yalnız bir asistlə yadda qalmışdı.

Təbii ki, belə durğunluq onun milli yolunu da bağlamışdı. Haqqlı olaraq ona dəvət göndərilmirdi.

Qurbani dubl etdiyi son görüşdə isə matçı izləyənlər arasında yığma komandanın çalışdırıcısı Canni De Byazi də yer almışdı.

Cəmi 1 ay sonra isə Millətlər Liqası start götürür. Yəqin ki, indidən heyət seçimində yekun qərarlarını verən italiyan, görəsən, Əli Qurbani barədə nə düşünür?

Mövsümü boşa verən birini vurduğu 2 qola görə Azərbaycan millisinə dəvət edəcəkmi? Ümumiyyətlə, 2 qola görə hücumçunun mövsümlük günahını bağışlamaq olarmı? Gözləyək heyətin açıqlanmasını...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?