Nə Bakı klubu deyən oldu, nə də Conun dediyi, axırda...

28 İyun 2020 22:00 Şamaxı 1 365
Nə Bakı klubu deyən oldu, nə də Conun dediyi, axırda...

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” transfer bazarında aktivliyini qorumaqda davam edir.

Bakı klubu bugünlərdə daha bir legioenri ilə yeni müqavilə bağlayıb.

Söhbət Syerra-Leonedən olan yarımmüdafiəçi Con Kamaradan gedir. 32 yaşlı afrikalının başa çatan müqaviləsi 1 illik yenilənib.

Premyer Liqanın bürünc medalçısı onu saxlamaq üçün aylıq 10 min dollarından keçib. Büdcənin azalmasını əsas gətirən “Keşlə“ ona öncə 7500 dollar təklif edib və “yox“ cavab alıb.

Çünki syerra-leoneli 12 min dollar maaş maaş tələbi irəli sürüb. Sonda məsələyə klubun Müşahidə Şurasının sədri Zaur Axundov qarışıb və legionerlə ortaq məxrəcə gəlmək mümkün olub.

“Keşlə” daha əvvəl “Neftçi”dən Tural Axundov və “Sumqayıt”dan Şəhriyar Əliyevlə anlaşıb, Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev, Vüsal İsgəndərli və monteneqrolu Miyuşko Boyoviçlə müqavilə müddətini uzadıb. Komandanı Cabir Əmirli, Ruslan Qurbanov və kapitanı Slavik Alxasov tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti