"Deyiblər, bir iki günə dəqiqləşəcək, xəbər gözləyirik"

13 May 2020 17:50 Şamaxı 639
"Deyiblər, bir iki günə dəqiqləşəcək, xəbər gözləyirik"

"Hazırda vəziyyət stabil olaraq qalır. Hələ ki məşqlərə başlamaqla bağlı heç bir yenilik yoxdur. Deyiblər, bir iki günə dəqiqləşəcək. Xəbər gözləyirik"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin cinah müdafiəçisi Slavik Alxasov deyib.

Kapitan karantin müddətinin sonuna kimi məşqlər başlamasa çətin olacağını bildirib: "İki aydan çoxdur evdəyik. Karantin müddətini 31 maya kimi uzatdılar.

Bundan sonra məşqlərə başlamaq inandırıcı deyil. Çünki ən azı təlim-məşq toplanışı üçün 1 ay vaxt lazım olacaq. Belə şeylərə görə çempionatın bərpası inandırıcı gəlmir"

Alxasov əvəzetmə sayının 3-dən 5-ə qaldırılması qərarı haqda da danışıb: "Bu yaxşı qərardı. 5 əvəzetmədən istifadə etmək müsbət haldı. Bunun komandaya yalnız xeyiri olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!