Ramiz Məmmədov görəcəyi işi "Sportinfo"ya açıqladı

8 Avqust 2022 14:40 Şamaxı 752
Ramiz Məmmədov görəcəyi işi "Sportinfo"ya açıqladı

Klub yenidən formalaşdırılır, görüləsi işlər çoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şamaxı»nın Müşahidə Şurasının sədrinin müavini və vitse-prezidenti Ramiz Məmmədov deyib.

Ötən həftə əyalət klubunda yeni təyinat gerçəkləşib və rəhbərliyə tanınmış futbol adamı gətirilib. Klubun futbol akademiyası və infrastrukturla bağlı layihələrin icrasına nəzarət R.Məmmədova həvalə olunub.

Vaxtilə «Qəbələ», «Atırau» (Qazaxıstan) və «Damaş»ın (İran) sükanı arxasında dayanmış «Pro» kateqoriyalı mütəxəssis əvvəl də burada çalışıb.

«Şamaxı» hələ «Keşlə» adlanan dönəmdə - 2017-ci ilin yayından etibarən idman direktoru vəzifəsini yerinə yetirib və ötən ilin mayında iş yerindən ayrılıb.

O, səlahiyyət bölgüsü ilə bağlı bunları söyləyib: «Mən əsasən klubun paytaxt üzrə fəaliyyətinə nəzarət edəcəm. Bakıda yerləşən akademiyanın komandaları və digər təşkilati işlərlə məşğul olacam.

Beş yaş qrupu üzrə komanda oyunlarını Bakıda keçirəcək. Həmçinin əvəzedicilərin də məşqləri şəhərdə olacaq.

Aşağı yaş qruplarını artıq «Neftçi»nin keçmiş bazasında yerləşdirmişik. Demək olar əvvəlki məşqçi korpusunu saxlamışıq.

Onların problemlərinin həlli üçün əlimizdən gələni edirik. Klub rəhbərliyi bu istiqamətdə çox iş görür».

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?