NÖVBƏTİ TRANSFER - Sabiq hücumçusunu icarəyə götürdü

3 Fevral 2025 18:00 Kəpəz 1 673
NÖVBƏTİ TRANSFER - Sabiq hücumçusunu icarəyə götürdü

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi Sadiq Şəfiyev ilə müqavilə bağlayıb. Futbolçu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürülüb.

19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə "Kəpəz"in əsas komandasının heyətində çıxış edib.

Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların da şərəfini qoruyub.

"Kəpəz" cari qış transfer pəncərəsində bunadək Rati Ardazişvili, Şervoni Mabatşoev və Trent Buhagiari də heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Mart 22:40 Eh, elə bu qədər?