Ermənilər indi Laçında da evləri yandırır - FOTOLAR

26 Noyabr 2020 15:30 Hadisə 433
Ermənilər indi Laçında da evləri yandırır - FOTOLAR

Sportinfo.az xəbər verir ki, dfekabrın 1-nə qədər Laçın rayonunu Azərbaycana təhvil verməli olan ermənilər öz xain əməllərini davam etdirirlər.

Bölgədə olan “Daily Storm” agentliyinin müxbirlərinin məlumatına görə, Laçının Kareqax kəndinin sakinləri oranı tərk edərkən özləri ilə paltarlarını, digər əşyalarını, eləcə də elektrik naqillərini götürür, evlərə isə od vururlar.

Bildirilib ki, kəndin ətrafında aclıqdan ölmək ehtimalı olan bir çox narahat və ac heyvanlar var. Qeyri-müəyyənliyə baxmayaraq, bəzi mağazalar fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, Laçın rayonu Bakı, Moskva və İrəvan arasında imzalanan müqaviləyə əsasən, Azərbaycan tərəfinə təhvil verilir.

Analoji hadisələr Kəlbəcər və Ağdamda da yaşanıb.



Digər Xəbərlər
Xəbər Lenti