“O, girdiyi otağın havasını dəyişdirir, etdiklərinə həsəd aparmaq lazımdır”

14 May 2022 21:40 Hadisə 605
“O, girdiyi otağın havasını dəyişdirir, etdiklərinə həsəd aparmaq lazımdır”

Dortmund "Borussiya"sının hücumçusu Marko Roys sabiq baş məşqçisi Yurgen Klopp haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Kloppun ünvanına xoş sözlər səsləndirib:

"Yurgen Klopp çox özəl bir insandır. O, girdiyi otağın havasını dəyişdirir. Sadəcə futbol yox, hər mövzu haqqında danışa biləcəyiniz bir adamdır.

"Liverpul"da etdiklərinə həsəd aparmaq lazımdır. Komandanı və klubu inşa etmə üslubu getdiyi hər yerdə mükəmməldir".

Yurgen Klopp 2008-2015-ci illərdə "Borussiya"nı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti