Azərbaycan futbolunda yeni prezident nə vaxt məlum olacaq?

5 Avqust 2020 00:42 Azərbaycan Futbolu 1 453
Azərbaycan futbolunda yeni prezident nə vaxt məlum olacaq?

Peşəkar Futbol Liqasında (PFL) növbəti prezident seçkiləri avqust ayı ərzində reallaşacaq.

Sportinfo.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev futbolinfo.az-a açıqlamasında bu barədə düşündüklərini bildirib.

Koronavirus pandemiyası üzündən gecikən seçkilər daha ertələnməyəcək. Vəziyyətdən asılı olaraq, tarix müəyyənləşəcək və seçki reallaşacaq. Amma istənilən halda, bu, avqust ayı ərzində olacaq.

Musayevin 4 illik prezidentlik müddəti iyulun 5-də başa çatıb. 2016-cı ildə quruma 3-cü dəfə rəhbər seçilmiş Ramin bəy PFL yarandığı gündən (2008-ci il) bu postdadı. Seçkidə ona alternativin olub-olmayacağı bəlli deyil. Yəqin ki, seçkinin tarixi açıqlandıqdan sonra bunu da biləcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!