AFFA liqalarda mövsümü başa çatdırdı

22 May 15:18 Azərbaycan Futbolu 572
AFFA liqalarda mövsümü başa çatdırdı

Sportinfo.az-ın AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə yarışların və Regionlar Liqasında mövsümün erkən başa çatdırılması ilə bağlı verdiyi xəbər öz təsdiqini tapdı.

Belə ki, az əvvəl bu barədə AFFA-nın rəsmi saytının yaydığı açıqlamada bildirilir. Məlumata görə, İcraiyyə Komitəsinni qərarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılıb.

Qeyd edilir ki, xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.

Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunub.

Qalib komandalar bunlar elan edilib:

U-17 liqası - "Sabah"
U-16 liqası - "Qəbələ"
U-15 liqası - "Qəbələ"

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulub.

Azərbaycan Premyer Liqası və Birinci Diviziona gəlincə, bunumla bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə isə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılıcaq.

Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunmalıdır. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti