Qaytarın, pulunuzu alın!

5 May 2020 20:40 AÇ-2020 3 719
Qaytarın, pulunuzu alın!

AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlər bu gündən etibarən pullarını geri ala bilərlər.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır. Daha əvvəl alınan biletlərin 2021-ci ildəki turnir üçün etibarlı olacağı vurğulanıb.

Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR