Türkiyə klubunun patronu: "Azərbaycanda yaxşı futbolçular var?"

5 İyul 2020 12:40 Türkiyə 1 002
Türkiyə klubunun patronu: "Azərbaycanda yaxşı futbolçular var?"

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə onlayn qoşulub.

Sportinfo.az xəbər verir ki, o, azərbaycanlı futbolçuların bu kluba transfer olunması ilə bağlı maraqlı təklif irəli sürüb:

“Azərbaycan “Beşikdaş” üçün çox önəmlidir. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var. Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər.

Belə halda qiymətli olan azərbaycanlı futbolçunu “Beşikdaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”