“Qəbələ” daha iki legioneri havayı gətirdi

14 Sentyabr 2021 19:00 Qəbələ 1 351
“Qəbələ” daha iki legioneri havayı gətirdi

“Qəbələ” heyətinə daha 2 legioner cəlb edib.

“Qırmızı-qaralar” Nigeriyadan yeni oyunçular gətirib.

Bunlar Çiçin Akande və Munaçi Okvaradır. Yarımmüdafiə xəttində çıxış edən adıçəkilən oyunçulardan Akandenin 18, Okvaranın isə 20 yaşı var.

Hər iki afrikalı “Qəbələ”nin əvəzedici heyətinin I Divizion üçün iştirak ərizəsinə salınıb. Ancaq onlar istənilən vaxt əsas əsas komandanın heyətində Premyer Liqada iştirak edə bilər.

Onlar “Lion Hart”ın yetirməsidir. Nigeriya klubu yaxınlarda Azərbaycana səfər edib, Qəbələdə təlim-məşq toplanışı keçib. Akande və Okvara bu hazırlıq prosesinin gedişində “qırmızı-qaralar”ın diqqətini çəkib.

Gənc cütlük burada çıxış edəcəkləri müddətdə “Qəbələ”dən maaş almayacaq. Əyalət klubu nigeriyalıları qalmağa yer və qida ilə təmin edəcək - yeganə öhdəlik budur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!