"Neftçi" Lukas Qomesin menecerini də aldadıb

20 Noyabr 2019 16:50 Qalmaqal 965
"Neftçi" Lukas Qomesin menecerini də aldadıb

"Neftçi" ötən ilin yayında komandadan göndərdiyi Lukas Qomeslə bağlı məsələdə onun meneceri Kamil Məmmədovu da aldadıb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu futbolçuya ödəniləcək məbləğin 10 faizini agentə verməli olduğu halda, ona cəmi 5 faiz pul ödənilib. Bundan sonra klub rəhbərliyi ilə Məmmədov arasında münasibətlər pozulub. Hətta bu, sonradan mübahisəyə də çevrilib.

Bizdə olan digər məlumata görə, "Neftçi" Qomesin müqaviləsinə birtərəfli şəkildə xitam verib. Klubun həmin vaxt yaydığı açıqlamada "qarşılıqlı razılıq əsasında" ifadəsi isə ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. Çünki legioner futbolçu "Neftçi"nin həmin təklifi ilə razılaşmayıb. Belə olmasaydı, "ağ-qaralar"dan pulunu ala bilməyən futbolçu FİFA-ya şikayət etməzdi.

Maraqlıdır ki, şikayətdən sonra "Neftçi" rəhbərliyi yenidən Kamil Məmmədovla əlaqə yaradaraq, cənubi amerikalını fikrindən daşındırması üçün kömək istəyib. Menecer isə ona "pul atan" Kamran Quliyevə "yox" cavabı verib.

Məsələ ilə bağlı Məmmədovun özü ilə əlaqə saxladıq, "bu məsələ haqda danışmaq istəmirəm" dedi .

Digər Xəbərlər
Xəbər Lenti