COP29

“Araz-Naxçıvan”a arxa çevirən ingilis elə sözlər dedi ki...

13 Avqust 2023 23:20 Qalmaqal 2 085
“Araz-Naxçıvan”a arxa çevirən ingilis elə sözlər dedi ki...

Natan Oduvanın karyerasını üçüncü dəfə Azərbaycanda davam etdirmək istəyi baş tutmadı.

Bir müddət öncə “Araz-Naxçıvan”la müqavilə bağlamaq üçün Londondan Bakıya gələn, hətta potensial komandasının “Turan Tovuz”la görüşünü “Dalğa Arena”da canlı izləyən ingiltərəli hücumçunun karyerasını Muxtar Respublika təmsilçisində davam etdirəcəyi böyük ölçüdə dəqiqləşmişdi.

Lakin bir anda nə baş verdisə, tərəflər müqavilə bağlamaqdan imtina etdi.

Oduva Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”da oynamaqdan imtina etdiyi deyərək səbəb göstərib:

“Çox götür-qoy edəndən sonra başa düşdüm ki, ora karyeramdakı inkişaf baxımından doğru ünvan deyil.

Bu, irəli doğru addımlamaqdansa geriyə addım atmağa daha yaxın görünürdü. Ona görə də təklifdən imtina etmək qərarına gəldim.

“Araz-Naxçıvan”a mövsümün qalan hissəsində uğurlar arzulayıram”.

27 yaşlı futbolçu 2022-ci ilin yanvarından 2023-cü ilin mayına qədər Azərbaycan Premyer Liqasında top qovub.

“Şamaxı”da meydana çıxdığı 11 oyunda qol və qol ötürməsi ilə yadda qalmasa da, “Turan Tovuz”da 32 görüşdə 6 qol vurub, bir o qədər də assist edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?