
Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olacaq.
"Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.
Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.
21:00. Belçika - Azərbaycan 5:0
Qol: Romelu Lukaku, 17, 26, 31, 37, Trossard, 90
Qırmızı vərəqə: Eddi İsrafilov 23 (ikinci sarı vərəqə)
Baş hakim: Gerqo Boqar (Macarıstan).
Brüssel. "Kinq Baudouin”
Belçika: Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku, Romelu Lukaku (k)
Ehtiyat oyunçular: Kaminski, Sels, Debas, Tilemans, Karrasko, Lyukbakio, Deman, Al-Dahil, Openda, Vermeeren, Salemakers, Baçuayi
Baş məşqçi: Domeniko Tedesko
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Rahil Məmmədov, Höccət Haqverdi, Toral Bayramov, Aleksey İsayev, Emin Mahmudov (k), Eddi İsrafilov, Renat Dadaşov, Mahir Emreli
Ehtiyat oyunçular: Yusif İmanov, Rəşad Əzizli, Cəlal Hüseynov, Turan Manafov, Coşqun Diniyev, Amin Seydiyev, Elvin Camalov, Ozan Can Kökcü, Qismət Alıyev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi