"Kəpəz"in 1000 və 1001-ci...

4 Sentyabr 2024 02:10 Kəpəz 552
"Kəpəz"in 1000 və 1001-ci...

“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub.

Sportinfo.az xəbər verir ki, bu, Premyer Liqanın V turuna təsadüf edib.

“Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.

“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran gəncəlilər 651-ci oyununda buna nail olub. Komandanın orta məhsuldarlığı 1,54-ə bərabərdir.

“Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib. Qərb təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.

“Kəpəz”in ilk qolunu 1992-ci il mayın 3-də “Turan”la ev oyununun (2:1) 21-ci dəqiqəsində Cavid Əhmədov vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da