AFFA İcraiyyə Komitəsi (İK) qarşıdakı günlərdə bir araya gələcək.
Bu barədə Sportinfo.az-a qurumdan bildirilib.
Federasiyadan saytımıza verilən məlumata görə, İK, uzaqbaşı, iyunun 5-dək toplaşacaq.
Komitə üzvləri son iki həftədə bir neçə dəfə yığışmaq istəsə də, müxtəlif səbəblərdən iclas ertələnib.
İK-in növbəti toplantıda Premyer Liqa və I Divizionun reqlamenti, say tərkibi, həmçinin digər məsələlərlə bağlı mühüm qərarlar verəcəyi məlumdur.