KK - 3 klub 3-cü etapda

28 İyul 2021 00:56 Gündəm 1 180
KK - 3 klub 3-cü etapda

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün ilk üç cavab görüşü keçirilib.

Albaniya “Teuta”sı səfərdə Andorranın “İnter Eskaldes” klubuna böyük hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.

“Torshavn” da səfərdə “Buduçnost”u üstələyib. Malta “Hibernians”ı isə evdə “Folqore” komandasından güclü olub.

Mərhələnin digər oyunları iyulun 29-da keçiriləcək.

"İnter Eskaldes" (Andorra) – "Teuta" (Albaniya) - 0:3
Qollar:
Piako, 25, 80, Kallaku, 105+1-pen
İlk oyun - 2:0

"Buduçnost" (Monteneqro) – "Torşavn" (Farer adaları) - 0:2
Qollar
: Mohr, 39, Yohansen, 73-pen
İlk oyun - 0:4

"Hibernians" (Malta) – "Folqore" (San Marino) - 4:2
Qollar:
Deqabriele, 9 (1:0), Fedeli, 28 (1:1), Yassey, 45+1 (1:2), Domaeaud, 47 (2:2), Deqabriele, 66 (3:2), Qreç, 77 (4:2)
İlk oyun - 3:1

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM