Karyerasını bitirəndən sonra “yağlı iş”lə məşğul olacaq

26 Mart 2020 18:34 Dünya futbolu 525
Karyerasını bitirəndən sonra “yağlı iş”lə məşğul olacaq

“Milan”ın futbolçusu Zlatan İbrahimoviçin karyerasını bitirdikdən sonra nə işlə məşğul olacağı bilinib.

Sportinfo.az xəbər verir ki, Zlatan futbol sahəsində fəaliyyət göstərməyi planlaşdırır - futbol agenti olmaq niyyətindədir.

O, bu işə başlasa, hazırkı agenti Mino Rayola ilə birgə fəaliyyət göstərəcək. Görünür, futbol agentlərinin yaxşı qazanc əldə etməsi İbranı bu işə sövq edir.

Onun yayda karyerasını bitirəcəyi gözlənilir. “Mila”nın futbol şöbəsinin rəhbəri Zvonimir Bobabnın istefaya getməsindən sonar Zlatanın da “Milan”la müqaviləsi başa çatandan sonra karyerasını bitirmək barədə qərar qəbul etdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı