"Qarabağ" ÇL-in 2-ci mərhələsində də münasib rəqiblə düşəcək?

8 İyul 2020 18:06 Çempionlar Liqası 1 112
"Qarabağ" ÇL-in 2-ci mərhələsində də münasib rəqiblə düşəcək?

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" 1-ci təsnifat mərhələsini keçəcəyi halda ikinci raundda da münasib rəqiblə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, aktivində 21 min xalı olan Ağdam təmsilçisi 2-ci mərhələdə reytinqinə görə ən pis halda 6-cı komanda olacaq.

Bu da "Qarabağ"ın səpələnmişlər səbətində yer alacağı, yəni nisbətən münasib rəqiblə düşəcəyi deməkdir.

Qurban Qurbanovun komandasının 3-cü təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alması çətin görünür. Çünki bunun üçün ilk iki mərhələdə sürpriz nəticələr qeydə aınmalı və çempionu dəqiqləşməyən ölkələrdə daha aşağı reytinqli komanda qalib olmalıdır.

1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü müvafiq olaraq, avqustun 9-u və 10-u, 3-cü raundun püşkü isə avqustun 31-də atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu