İki azərbaycanlı “TOP klublar”a namizəd 100 futbolçu arasında

31 Avqust 2023 00:50 Çempionlar Liqası 3 397
İki azərbaycanlı “TOP klublar”a namizəd 100 futbolçu arasında

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) yeni araşdırma aparıb.

Sportinfo.az xəbər verir ki, araşdırmanın nəticəsi qurumun həftəlik nəşri və saytında yayımlanıb.

Araşdırma nəticəsində 2002-ci ildə və daha sonra anadan olmuş, hələ TOP-klublarda çıxış etməmiş, lakin buna hazır olan dünya üzrə 100 gənc futbolçunun siyahısı hazırlanıb.

Həmin 100 oyunçu arasında Azərbaycan milli komandasının iki üzvü də yer alıb.

Bunlar "Sabah"ın qapıçısı Yusif İmanov (21 yaş) və hazırda İsveçin “Yurqorden” klubunda çıxış edən hücumçu Musa Qurbanlıdır (21 yaş). 100 ballıq şkala üzrə İmanov 49,5, Qurbanlı isə 46 xal toplayıb.

Qurumun yazısında bildirilir ki, bu siyahı əsasən, skautlar üçün faydalıdır.

Toplanmış məlumatların nəticələrinə əsasən, Musa 3 milyon 600 min avro, Yusif isə 700 min avro məbləğində qiymətləndirilib.

Siiyahıda ilk üç yeri "Benfika"dan (Portuqaliya) Antonio Silva, "Şaxtyor"dan (Ukrayna) Georgi Sudakov və "San-Paulu"dan (Braziliya) Pablo Mayya tutur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!