COP29

Nə yaxşı ki, "Qarabağ" Çempionlar Liqasından kənarda qaldı...

18 Sentyabr 22:40 Çempionlar Liqası 2 770
Nə yaxşı ki, "Qarabağ" Çempionlar Liqasından kənarda qaldı...

Bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Dinamo" (Zaqreb) yarışın Liqa mərhələsinin ilk turunda acınacaqlı hesabla uduzub.

Xorvatiya çempionu dünən Münhendə "Bavariya" ilə qarşılaşıb.

Oyun alman təmsilçisinin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, "Jutarnji" nəşrinin yazdığına görə, bu, Zaqreb klubunun avrokuboklar tarixində ən ağır məğlubiyyəti olub.

Yazıda qeyd edilir ki, əgər "Dinamo"nun qapıçısı Nevistiçin yaxşı oyunu olmasaydı, hesab "Bavariya"ın xeyrinə 2 rəqəmli də ola bilərdi.

"Dianmo"nun qapısına 9 qoldan 4-nü Harri Keyn vurub

"Amma ağır məğlubiyyətə baxmayaraq, ikinci hissənin ilk 10 dəqiqəsi bizim üçün yaddaqalan oldu. "Alyans Arena"dakı bu möcüzə göstərdi ki, "Dinamo" Çempionlar Liqasında Avropa nəhənglərinə qarşı heç olmasa bir neçə dəqiqə oynaya bilər. Bizim üçün o an xoş oldu ki, Petkoviç və Oqivaranın qolları sayəsində hesab 2:3-a qədər enə bildi. Pyatsanın isə hətta hesabı 3:3 etmək imkanı vardı.

"Fərqli futbol planetlərinin komandaları"

Real danışsaq, "Bavariya" və "Dinamo" başqa futbol planetlərinin, ayrı-ayrı dünyanın komandalarıdır. Bunun nəticəsidir ki, "göylər" fəlakətli bir durumla üzləşdilər" - deyə yazıda bildirilib.

"24sata" nəşri isə bu acınacaqlı məğlubiyyətdən sonra "Dinamo"nun sosial şəbəkələrdə lağ mövzusuna çevrildiyini yazıb.

Nəşrin digər yazısında isə bildirilib ki, "Bavariya" "Dinamo" üçün başqa bir dünyanın komandası olsa da, Xorvatiya çempionundan belə gücsüzlüyü heç kim gözləməyib. "Bu biabıçırcılıq həqiqətən Avropada səs salacaq" - deyə yazıda vurğulanıb.

Xatırladaq ki, "Dinamo" ÇL-in pley-off mərhələsində "Qarabağ"a hər iki oyunda (evdə 3:0, Bakıda 2:0) qalib gələrək Liqa mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti