“Qarabağ”ın yaxşı komanda olduğunu gördük"

6 Avqust 2022 03:30 Çempionlar Liqası 1 140
“Qarabağ”ın yaxşı komanda olduğunu gördük"

"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyununda "Ferentsvaroş" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra Budapeşt təmsilçisinin qapıçısı Dibus Denes açıqlama verib.

O, "Qarabağ"ın yaxşı komanda olduğunu deyib:

"İkinci hissədə hesabı qorumağa önəm verdik. Hava çox isti oldu. Qarşılaşma “Qarabağ”ın xeyrinə bitə bilərdi.

Onların şansları var idi. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bəxtimiz gətirmədi.

“Qarabağ”ın yaxşı komanda olduğunu gördük. Bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Azarkeşlərimizin önündə qalib gəlməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda