"Neftçi"nin ÇI-in II mərhələdəki potensial rəqibi – “Olimpiakos”

16 İyun 2021 14:10 Çempionlar Liqası 715
"Neftçi"nin ÇI-in II mərhələdəki potensial rəqibi – “Olimpiakos”

Çempionlar Liqasının Çempionlar yolunda II təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutub.

Azərbaycanı ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin mümkün rəqibi də bəlli olub. I raundda Gürcüstan təmsilçisi “Dinamo” (Tbilisi) ilə qarşılaşacaq “ağ-qaralar” bu mərhələni adlayacağı təqdirdə, səpələnməmişlər sırasında yer alacaq.

Bakı təmsilçisi bu mərhələdən mübarizəyə qoşulacaq “Olimpiakos”la (Yunanıstan) görüşəcək.

İlk oyunlar 20-21 iyul, cavab qarşılaşmaları 27-28 iyul tarixlərində keçiriləcək. “Dinamo” - “Neftçi” cütünün qalibi bu raunda səfərdə başlayacaq.

I təsnifat mərhələsinin matçları iyulun 6-7-də və 13-14-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti